UEFA Çempionlar Liqasında 1/8 finalın ilk oyunlarına yekun vurulub. “Atletiko Madrid” İspaniyada “Mançester Yunayted”i qəbuı edib. Meydan sahibləri görüşün əvvəlində hesabı açıblar. 7-ci dəqiqədə Joau Feliks “qırmızı şeytanlar”ın qapısına yol tapıb. Fasiləyə kimi hesab dəyişməyib. “Mançester Yunayted” futbolçuları sona yaxln tarazlığı bərpa ediblər. Vaxtln yekunlaşmasına 10 dəqiqə qalmış Entoni Elanqa son nöqtəni qoyub: “Atletiko Madrid” – “Mançester Yumayted” 1:1
“Benfika” isə “Ayaksı” qəbul edib. 18-ci dəqiqədə Duşan Tadiç Niderland klubunu önə çıxarıb. 8 dəqiqə sonrü Sebastyan Allenin vurduğu avtoqoldan sonra hesab bərabərləşib. Amma kot d`İvuarlı hücumçu tezliklə səhvini düzəldərək “Ayaks”ı yenidən irəli keçirib. Birinci hissə Amsterdam futbolçularının xeyrinə başa çatıb 2:1. Amma fasilədən sonra tarazlıq bərpa olunub. 72-ci dəqiqə Roman Yeremçuk hesabı 2:2 edib. Qalan vaxtda başqa qol vurulmayıb. Cavab oyunları martın 15-nə təyin edilib.